15 avqust səfərimizdə diplomatik korpusun nümayəndələri ilə birgə Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyətinin olduğuna şahid olmuşduq.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
 
“Təəssüflər olsun ki, bu müddət ərzində yenə də siyasi manipulyasiyalarla Ermənistan və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki yaratdığı və bu günə qədər dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən bu yolun açılmasına imkan verilmir. Azərbaycan tərəfindən dəflərlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir, bu yol vasitəsilə istənilən yükün çox qısa müddətdə Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini rasizm və diskriminasiya kimi qiymətləndiririk”, - Hikmət Hacıyev əlavə edib.

Baxış sayı: 5024 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz