Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlatmaq niyyətindədir.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
 
“Bu prosesin tərkib hissəsi olaraq, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, yol mövzusunu məqsədyönlü şəkildə erməni tərəfi siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər”, - o əlavə edib.

Baxış sayı: 5043 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz