Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.
 
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
"Bəlucistan əyalətinin Qvadar şəhərində helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin", - başsağlığında deyilir.

Baxış sayı: 4891 | Tarix: 05.09.2023
Bizi Telegramda izləyin: @repostaz