Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq inzibati qaydada həbs edilən erməni futbolçular - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan qarşı tərəfə təhvil verilib.
 
Sentyabrın 7-si onların 15 günlük həbs müddəti başa çatıb. Məhkəmənin qərarına uyğun olaraq futbolçular cəzaları başa çatan kimi dərhal ölkədən çıxarılıblar.
 
Onlar Bakı vaxtı ilə saat 15:30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verilib.

Baxış sayı: 4378 | Tarix: 07.09.2023
Bizi Telegramda izləyin: @repostaz