İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən Qranada şəhərində oktyabrın 5-də Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü olacaq.

RePost.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata əsasən, bu məqsədlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edəcək. O, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin müşavirləri ilə görüşəcək. Onun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşü nəzərdə tutulub.

Bütün bu görüşlər Qranadada keçirilməsi planlaşdırılan liderlərin görüşünə hazırlıq məqsədi daşıyır...

Elbəyi Həsənli, Surix


Baxış sayı: 5100 | Tarix: 25.09.2023
Bizi Telegramda izləyin: @repostaz