Sentyabrın 26-da Ağdam yolu ilə növbəti humanitar yük və tibbi ləvazimatlar Xankəndiyə yola salınıb.
 
İçərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə göndərilib.

Baxış sayı: 5708 | Tarix: 26.09.2023
Bizi Telegramda izləyin: @repostaz