Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edən DSX Çevik qüvvətlər bölüyünün zabitinin kimliyi bəlli olub.  
 
RePost.Az xəbər verir ki, Vardanyanın saxlanılması əməliyyatına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyev rəhbərlik edib. Vardanyanın sağ qolundan tutan da DSX rəsinin oğlu Məhəmməd Quliyevdir. 
 
Xatırladaq ki, Məhəmməd Quliyev 2018-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək Azərbaycan Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Onun hərbi andiçmə mərasimi 2018-ci il iyulun 30-da Cəlilabad rayonunun Göytəpə şəhərində atasının iştirakı ilə keçirilib. Hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin zabitidir.

Baxış sayı: 5233 | Tarix: 27.09.2023
Bizi Telegramda izləyin: @repostaz