Xarici media nümayəndələri Xocalıda narkotik plantasiyasının aşkarlandığı əraziyə gəlib.
 
Xarici KİV mənsubları 100 hektarlıq ərazidəki narkotik plantasiyasını təəccüblə qarşılayıblar.
 
Diqqətə çatdırılıb ki, ərazi Xocalı aeroportunun yaxınlığında olduğuna görə, xüsusi mühafizə olunub. Mütəxəssislərin rəyinə görə, çətənə kollarının yabanı halda bitmə ehtimalı yoxdur.

DİN-dən verilən açıqlamaya görə, Xocalıda aşkarlanan çətənə kolu sativa növüdür və dünya bazarında daha çox satılır. Bu sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda bunun qiyməti yüksəkdir, Azərbaycan qiymətləri ilə müqayisədə marixuana formasında qurudulmuş çəkisinin 1 kq 8-10 min manat arasında dəyişir.

Baxış sayı: 6810 | Tarix: 02.10.2023
Bizi Telegramda izləyin: @repostaz