Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.
 
RePost.Az xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
 
Hücum zamanı ailənin 2 üzvü -  1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi və qızı 1985-ci il təvəllüdlü Karakaş Suzanna öldürülüb.
 
Fərəcov Tərlan və Suzannanın həyat yoldaşı, Türkiyə vətəndaşı Karakaş Serkan isə yaralanıb. Hər iki şəxs reanimasiya şöbəsindədir. Sərkanın vəziyyətinin ağır olduğu bildirilir. 
 
Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.
 
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
 

Baxış sayı: 5195 | Tarix: 28.10.2023
Bizi Telegramda izləyin: @repostaz