“Paytaxtın Qaradağ rayonunda ana və qızı ehtiyatsızlıqdan yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından yıxılıblar. Bəzi kütləvi informasiya vasitələri qadının azyaşlı qızı ilə birlikdə özünü binanın 9-cu mərtəbəsindən atdığına dair məlumat yayılıb”.
 
RePost.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Facebook” hesabında məlumat verib.
 
“Mənzilin eyvanında pəncərələri təmizləyən yeniyetmə qız az qala pəncərədən yıxılacaqdı. Qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb.
 
Nəticədə ana aldığı xəsarətlərdən yerindəcə keçinib, qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır”, - deyə paylaşımda qeyd olunub.

Baxış sayı: 6012 | Tarix: 06.11.2023
Bizi Telegramda izləyin: @repostaz