"Bravo" Supermarketdə vaxtı keçmiş məhsullar satılır. 
 
Bu barədə RePost.Az-ın qaynar xəttinə məlumat verilib. Məlumata əsasən, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 209 ünvanında yerləşən  "Bravo" Supermarketdə “Alpro” brendinin vaxtı keçmiş məhsulu satılır. Müştəri bununlıa bağlı marketin əməkdaşlarına məlumat versə də, aldığı cavab onu təəccübləndirib. Marketin əməkdaşı soyuqqanlıqla vaxtı keçdiyi üçün məhsulun endirimdə olduğunu və buna görə, mağazanın deyil, istehsalçı şirkətin məsuliyyət daşıdığını bildirib. 
 
Faktla bağlı müştəri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verib. Agentlikdən saytımıza verilən məlumata görə, müştərinin şikayəti əsasında araşdılrma aparılıb əlvə məlumat veriləcək. 

Baxış sayı: 6829 | Tarix: 17.11.2023
Bizi Telegramda izləyin: @repostaz