Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
 
AYNA-dan RePost.Az-a verilən xəbərə görə, Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 və Xırdalan şəhərini Görədil qəsəbəsi ilə əlaqələndirən 592 nömrəli müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Baxış sayı: 4967 | Tarix: 20.11.2023
Bizi Telegramda izləyin: @repostaz