Qırmızı Körpü”, “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək.
 
Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.
 
Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək.

Baxış sayı: 6924 | Tarix: 23.11.2023
Bizi Telegramda izləyin: @repostaz