ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi artıq Bakıdadır.
 
Bəllidir ki, 25 may 2022-ci ildə prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. Onun namizədliyi ilin sonunda başa çatdı və 3 yanvar 2023-cü ildə Mark Libbinin namizədliyi ilə bağlı sənəd yenidən Co Baydenə qaytarıldı. Prezident Bayden həmin gün Libbinin namizədliyini yenidən irəli sürdü. Onun namizədliyi ilə bağlı dinləmələr 13 iyun 2023-cü il tarixində Senatın Xarici Əlaqələr Komitəsində keçirilib. Komitə onun namizədliyi barədə 13 iyul 2023-cü ildə müsbət yanaşma sərgiləyib. Mark Libbinin namizədliyi 8 noyabr 2023-cü il tarixində səsvermə yolu ilə Birləşmiş Ştatlar Senatı tərəfindən tam təsdiq edilib. Beləliklə bir il ərzində vakant qalan ABŞ-ın Azərbaycandakı səfiri öz vəzifəsinin icrasına başlayıb.
 
Ümumiyyətlə, ABŞ-ın Azərbaycana səfir təyin etməsi ənənəvi olaraq son dərəcə ağır, yorucu prosesə çevrilir. Niyə? Çünki Amerikadakı erməni lobbisi Azərbaycana göndərilən səfirin ermənipərəst olmasına xüsusi önəm verirlər. Məsələn, 2011-ci ilin əvvəlində Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Mətyu Brayze Bakıya gəldi. Xatırladım ki, o, 2007-ci ildə əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış ABŞ tədqiqatçısı Zeyno Baranla evli idi. Bu da erməni lobbisini hövsələdən çıxarırdı. Nəticədə o, cəmi 1 il səfir işləyə bildi. Erməni lobbisi Mətyu Brayzeyə Bakıda işləməyə imkan vermədi. Cənab Mark Libbini isə erməni lobbisindən həmişə uzaq olmuş birisidir. Ona görə də erməni lobbisi onun namizədliyinə o qədər də xoş baxmırdı.
 
WhatsApp Image 2023-12-03 at 09.13.17.jpeg (27 KB)
 
Böyük ehtimalla demək olar ki, cənab səfirin namizədliyi irəli sürüldükdən sonra ona qarşı qarayaxma kampaniyası məhz erməni lobbisinin fəaliyyəti nətisində geniş vüsət aldı. Hətta o, seksual zorakılıqda ittiham olundu. Amy Dahm adlı qadın xeyli vaxtdır ki, cənab Mark Libbi ilə bağlı ABŞ-ın müxtəlif instansiyalılarına müraciət edir. Gördüyünüz kimi, bu müraciətlərin elə bir xeyri olmayıb. Demək ki, Amerikanın səlahiyyətli orqanları bu kimi ittihamları əsasız sayıb.
 
Amy Dahm Mark Libbi ilə bağlı belə yazır: "12 il keçməsinə baxmayaraq, keçən yay keçmiş şefim Mark Libbinin Ağ Ev tərəfindən səfirliyə namizəd kimi irəli sürməsi xəbərini eşidəndə bütün bədənim fiziki olaraq titrəməyə başladı, axı mən onun tərəfindən cinsi təcavüzə məruz qalmışam. Hər ikimiz Dövlət Departamentində o vaxtkı dövlət katib Hillari Klintonun yanında, onun heyətində işləmişik. Mən Mark Libbinin tabeliyində idim. Səfir söhbəti çıxanda kamera və səs yazan aparatların olmadığı xüsusi məxfi yerlərdə onun mənə toxunduğu zaman hiss etdiyim çarəsizliyi xatırladım"...
 
"Xüsusi məxfi yer" nə olan şeydir? İngilis dilində qısa adı SCIF-dir. Sensitive Compartmented Information Facility sözlərinin baş hərflərindən yaranıb. Dövlət rəsmiləri tərəfindən həssas məlumatlara baxıla biləcəyi təhlükəsiz yerdir. Kompakt kabinet formasında olur. Orada əsasən qayət məxfi sənədlər nəzərdən keçirilir. Məqsəd bu kimi məxfi sənədlərin casus nəzərindən uzaq tutmaqdır. Amy Dahm isə iddia edir ki, Mark Libbi belə kabinetlərdən işdə məhəbbət macaraları yaşamaq üçün istifadə edib.
 
Bu kimi ittihamların arxasında erməni lobbisi, xüsusi ilə Azərbaycana qarşı qəddarlığı ilə tanınan Amerika Erməniləri Milli Komitəsi dayanmır ki? Çox güman ki, bu işdə də erməni barmağı var. Cənab Mark Libbini Mətyu Brayzenin taleyi gözləmir ki? Yəni ermənilər Mark Libbiyə Bakıda işləməyə imkan verəcəkmi? Bu suala əlahəzrət Zaman cavab verəcək.
 
Biz isə RePost.Az olaraq ABŞ-ın Azərbaycandakı yeni səfirinə ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyi aradan qaldırmaq, daha da yaxşılaşdırmaq istiqamətində görəcəyi işlərdə uğurlar arzulayırıq.
 
Elbəyi Həsənli. SÜRİX

Baxış sayı: 4644 | Tarix: 03.12.2023
Bizi Telegramda izləyin: @repostaz