Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
BDYPİ-dən bildirilib ki, quruma olan müraciət əsasında idarə etdiyi "Toyota Prius" markalı 77-DC-247 dövlət qeydiyyat nişanlı avtomobilin seriyasında C hərfini O edərək elektron cərimələrdən yayınmağa çalışan sürücü Bəhruz Məmmədov tərəfimizdən aşkar edilərək məsuliyyətə cəlb edilib.
 
"Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur və belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirlərinin görüləcəyi diqqətə çatdırılır", məlumatda deyilir.

Baxış sayı: 6658 | Tarix: 07.12.2023
Bizi Telegramda izləyin: @repostaz