Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.
 
Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
 
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Baxış sayı: 5366 | Tarix: 13.12.2023
Bizi Telegramda izləyin: @repostaz