Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
 
Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, bu barədə qərar bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edilib.
 
O, sənədlərin qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.
 
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Baxış sayı: 4359 | Tarix: 16.12.2023
Bizi Telegramda izləyin: @repostaz