Dünən vəfat edən Əməkdar artist Aygün Bəylər haqqında maraqlı faktları təqdim edir.
 
Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
 
Əvvəlcə Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının musiqi məktəbində nağara çalmağı öyrənir.
 
1988 ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhərlərə qastrol səfərləri başlayır.
 
***
 
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqisini təmsil edir.
 
On beş yaşında evdən qaçdı, əmisi onu öldürmək istədi – Röya onu niyə  məhkəməyə verdi?
 
***
 
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov və Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
 
***
 
2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür.
 
***
 
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edir və festivalın qalibi olur.
 
Aygün Bəylərdən gözlənilməz ADDIM - FOTO
 
***
Bu dövrdən başlayaraq Aygün xanım dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir
 
Xarici ölkələrin folk musiqisini, eləcə də, Şərq ölkələrinin muğam sənətini dərindən öyrənən müğənni müəllimi Elxan Müzəffərovla fikirlərini bölüşür. Böyük muğam bilicisi olan Elxan müəllim məsləhət görür ki, Niyazinin "Rast", Fikrət Əmirovun "Şur", " Kürd – Ovşarı", " Gülüstan – Bayatı- Şiraz" sifonik – muğamlarına müraciət eləsin.
Beləcə Aygün xanım "Humayun" muğamı üzərində simfonik – muğam yazmaq istəyi ilə 2010-cu ildə yeni yaradıcılıq axtarışlarına başlayır. Amma bu yaradıcılıq axtarışları zamanı ona aydın olur ki, arzusuna yetmək üçün bəstəkarlıq təhsili almalıdır. Və 2012-ci ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur.
 
Aygün Kazımova açıq-saçıq geyimi ilə diqqət mərkəzində - VİDEO »  Gundelik-Baku.Com
 
***
 
2013-cü ildən "Yenə o bağ olaydı" adlı layihəsinin aparıcısı kimi efirə çıxmağa başlayır.
 
***
 
26 dekabr 2023-cü ildə Heydər Əliyev Sarayında “Yaxşı ki, varsan” adlı konsert verir. Əslində, bu konsert bir neçə il öncə baş tutmalı idi. Hətta o, 2015-ci ildə öz solo konsertini təşkil etmək üçün evini girov belə qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyünə görə, baş tutmamış, nəticədə, Aygün Bəylər həmin məbləği itirmişdi.
İfaçı bu hadisədən sonra yaşadığı çətinliklərin onun səhhətinə mənfi təsir etdiyini gizlətmirdi...
 
İllər sonra Aygün Bəylər ev probleminin həlli üçün Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edir və nəhayət, 2022-ci ilin dekabrında sənətçiyə ev hədiyyə edilir.
 
Xəbəri eşidən Aygün Bəylər qonaq olduğu verilişdə sevinc göz yaşları tökür, ölkə rəhbərliyinə minnətdarlığını qeyd edir.
 
Aygün Bəylər vəfat etdi
 
“Bu xəbərdən sonra evə gedəndə qızım Canan məni qucaqladı, kövrəldi. Sevinc göz yaşları idi. Qızım böyüyüb, 12 yaşı olacaq. Onun adını çox çəkmək istəmirəm. Qorxuram, Allah bizi tez ayırar”...
 
***
 
Aygün Bəylərin özünəxas geyim tərzi vardı:
 
“Dikdabanda gəzə bilmirəm, ayağım avtomobil qəzasında travma alıb. Dikdaban ayaqqabı alsam da, bir saat geyinib, başqasına verəcəm. Bəzən qızım gülür. Deyir ki, sənə yaraşmır. Uşaq olanda deyirdi, bu nə papaqdı qoyursan. Başqalarının yanında anasını görəndə həvəslənirdi. Ona görə saçımı açırdım ki, başqa sual verməsin”.
 
***
 
Deyilənə görə, Aygün xanım "Bəylər" təxəllüsünü müəllimi, cinayətdə ittiham olunan Bəylər Quliyev özünü rayon prokurorluğunun binasından ataraq intihar edəndən sonra götürübmüş.
 
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova dünən Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
 
***
 
Müsahibələrinin birində belə demişdi:
 
“Təkcə sənət vəfalı çıxdı. Yəqin, mən də vəfalı olmuşam, o qarşılıq verib. Ayağım büdrəsə də, yıxılsam da, qalxdım”.
 
Büdrədi... Yıxıldı... Qalxdı...
 
Oxudu... oxudu... son nəfəsinəcən.../kulis.az/

Baxış sayı: 22846 | Tarix: 08.01.2024
Bizi Telegramda izləyin: @repostaz