Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı 7 maşınla toqquşub. 

RePost.Az
-ın məlumatına görə, hadisə ADY-nin Əhmədli stansiyasının dalan yolunda baş verib. Belə ki, qatar manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
 
ADY-dan verilən məlumata görə, baş verən hadisənin məsuliyyətini minik avtomobilinin sürücüsü daşıyır. O avtomobili qyeri-qanuni şəkildə dəmir yol xəttinə yaxın yerdə park edib. ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır.

Hadisə zamanı avtomobillər boş olduğundan xəsarət alan olmayıb.
 

Baxış sayı: 4207 | Tarix: 23.01.2024
Bizi Telegramda izləyin: @repostaz