Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
 
Ağdaş rayon sakini Nurlan Xəlilovun idarə etdiyi “VAZ-2103” markalı nəqliyyat vasitəsi yol polisi əməkdaşı tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
 
Müayinənin də nəticəsinə əsasən N.Xəlilovun narkotik vasitə qəbul etməsi məlum olub.
 
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Baxış sayı: 4226 | Tarix: 24.01.2024
Bizi Telegramda izləyin: @repostaz