Bu gün səhər təxminən saat 7:50 radılərindən Bakı-Şamaxı yolunda böyük tıxac yaranıb.

RePost.Az-ın hadisə yerində olan əməkdaşının dediyinə görə, tıxac Binəqədi rayonu 28 May qəsəbəsindən başlayaraq 
üzü Bakı istiqamətində Sulutəpə qəsəbəsinədək uzanır. Bu da haradasa təxminən 10-15 kilometrlik məsafədir. Tıxac 1.5 saata qədər davam edib. İnsanlar avtobuslardan düşərək o qədər məsafəni piyada qət ediblər.


Baxış sayı: 4644 | Tarix: 25.01.2024
Bizi Telegramda izləyin: @repostaz