Azərbaycan ictimaiyyətini demokratik seçkilərə görə təbrik edirəm. Avropada Azərbaycanın demokratiyasına dil uzadan bəzi təşkilatlar əvvəlcə öz ölkələrinə baxıb, sonra danışsınlar.
 
APA xəbər verir ki, bunu Türkiyə parlamentinin üzvü İsmayıl Özdemir Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən deyib.
 
O bildirib ki, Qarabağ fatehi İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə təbrik edir: "İlham Əliyev vətəndaşlardan seçkidə aldığı səslə bütün Avropaya sözünü dedi".

Baxış sayı: 3751 | Tarix: 08.02.2024
Bizi Telegramda izləyin: @repostaz