Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur:
 
“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəlmişdi”.

Baxış sayı: 7076 | Tarix: 08.02.2024
Bizi Telegramda izləyin: @repostaz