Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 6297 | Tarix: 14.02.2024
Bizi Telegramda izləyin: @repostaz