Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.
 
Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb.


Baxış sayı: 4017 | Tarix: 20.02.2024
Bizi Telegramda izləyin: @repostaz