Xankəndidə xeyli silah-sursat tapılıb.
 
Bu barədə RePost.Az-a DİN-dən bildirilib.
 
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Baxış sayı: 3960 | Tarix: 26.03.2024
Bizi Telegramda izləyin: @repostaz