Gələn həftə Ramazan bayramı ilə əlaqədar 5 gün iş olmayacaq. 
 
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.  
 
Qeyd edək ki, 10, 11 aprel tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.
 
Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Baxış sayı: 5936 | Tarix: 03.04.2024
Bizi Telegramda izləyin: @repostaz