Bakıda taksi sürücüsü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar həmin xanımın nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.
 
Bu barədə videogörüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.
 
Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.
 
 
 

Baxış sayı: 5841 | Tarix: 24.05.2024
Bizi Telegramda izləyin: @repostaz