İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
 
Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:
 
“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

Baxış sayı: 3751 | Tarix: 05.06.2024
Bizi Telegramda izləyin: @repostaz