Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi daxil olmasını arzuladıqlarını bildirib.
 
APA xəbər verir ki, bu barədə “Star Gazetesi” məlumat yayıb.
 
“Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik. Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür. Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq”, - deyə o əlavə edib.

Baxış sayı: 3979 | Tarix: 04.09.2024
Bizi Telegramda izləyin: @repostaz