Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Baxış sayı: 4834 | Tarix: 17.09.2024
Bizi Telegramda izləyin: @repostaz