"2010-cu ildə Azərbaycan neft hasilatının zirvə həddinə (50.8 mln ton) çatdı, bu il isə 28 mln tondan bir qədər artıq hasilat gözlənilir. Yəni 23 mln ton və ya 45%-dək hasilatımız artıq azalıb. Bu cür enmə tempi qarşılığında geriləməmişik ki?Yox!"

RePost.Az
xəbər verir ki, bunu iqtisadçı ekspert İlham Şaban xaici mediaya müsahibəsində deyib. 
 
O qeyd edib ki, risklər daim olub və olacaq.

"Amma risklərin idarə edilməsini də öyrənirik axı. Lap biznesdəki kimi: əvvəl çətin gəlir, sonra itkilərlə də qarşılaşa bilirsən, amma bərkə-boşa düşməyin ilə həm də bərkiyirsən. Neftin qiyməti 2016-cı ildə $30-dan aşağı düşən dövrlərdə ilk cəhd edib işğalda olan ərazilərimizin kiçik bir parçasını azad etmişik, 2020-ci ildə neftin həm aşağı qiymətlərində, həm də inzibati yolla həcmlərinin azaldılması zamanı ZƏFƏRə imza atmışıq. Sonrakı illərdə dağıdılmış ərazilərimizin təkcə bərpasına deyil (özü də öz vəsaitimiz hesabına), ölkəmizin suverenliyinə bütün torpaqlarımızda nail olmuşuq. 

Son 10 ildə cəmiyyət olaraq geri getməmişik ki.. daim nəsə yaradırıq, bazarda hansısa istiqamətləri özümüz üçün açırıq, yeni tərəfdaşlar qazanırıq, Neft Fondumuzun aktivləri artmaqda davam edir, insan resurslarımız azalmayıb, hökumət insanlarımızda vergi mədəniyyəti formalaşmağa başlayır,  yol mədəniyyətimizdə 2222 yaşı (!) olan İranla müqayisədə görün nə qədər irəliləyişimiz var, Təqaüd Fondu daha dövlət büdcəsindən asılı deyil (özü özünü dolandırmağa başlayıb) və sair. 

Belə olan halda nədən neftsiz dövrümüz vahiməli ssenari üzrə baxılmalıdır?", - deyə ekspert əlavə edib.

Baxış sayı: 7475 | Tarix: 14.11.2024
Bizi Telegramda izləyin: @repostaz