Narkotik satışında ittiham edilən "TikTok"er Zeynəb Ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, Zeynəb Ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
 

Baxış sayı: 4055 | Tarix: 23.01.2025
Bizi Telegramda izləyin: @repostaz