Ağcabədinin Hindarx qəsəbəsində evdə qumbara partlayıb.
	 
	Hadisə nəticəsində 5 nəfər ölüb iki nəfər yaralanıb. İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir. Ölənlərdən üç nəfəri azyaşlıdır. 
	 
	Ölən şəxslərin adları:
	 
	1. Quliyev Şamiq Əfqan oğlu (1959);
	 
	2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
	 
	3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
	 
	4. Məmmədli Murad Vidadi oğlu (2018);
	 
	5. Quliyev Natiq Namiq oğlu (2018),
	 
	İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
	 
	1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
	 
	2. Quliyeva Aysun Namiq qızı (2015).
	 
	Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.