“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
 
AZAL-dan verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
 
Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.
 
“Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda qeyd olunur.

Baxış sayı: 5366 | Tarix: 18.02.2025
Bizi Telegramda izləyin: @repostaz