Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
 
RePost.Az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
 
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti  59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun cəsədi götürülərək aidiyyəti üzrə təhvil verilib.
 
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.
 
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 3181 | Tarix: 17.04.2025
Bizi Telegramda izləyin: @repostaz