Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.
 
APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.
 
AzTV-nin mətbuat xidməti faktı APA-ya təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:
 
“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiyaya görə dəyişə bilər”.
 

Baxış sayı: 787 | Tarix: 03.09.2025
Bizi Telegramda izləyin: @repostaz