Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2026-cı il mövsümü üçün beynəlxalq yarışların təqvimini açıqlayıb.
 
Apasport.az xəbər verir ki, təqvim planında gələn ilin mayın 10-14-ü aralığında keçiriləcək Azərbaycan velosiped yarışı da yer alır.
 
Bundan sonra "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı adlanacaq və 5 mərhələdən ibarət olacaq idman tədbiri Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına aiddir.
 
Velosiped yarışının 1-ci mərhələsində iştirakçılar Bakı-Sumqayıt, 2-ci mərhələdə Bakı-Şamaxı-İsmayıllı, 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ, 4-cü mərhələdə Qəbələ-Mingəçevir-Gəncə, 5-ci mərhələdə isə Naftalan-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə hərəkət edəcəklər.

Baxış sayı: 559 | Tarix: 07.10.2025
Bizi Telegramda izləyin: @repostaz