Bakıda qatarla su daşıyan yük avtomobilinin toqquşması nəticəsində sürücü ölüb.
Hadisə paytaxtın Xəzər rayonunun Qala Qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı su çəni daşıyan yük avtomobili toqquşub.
Xəsarət alan R.Sultanov ölüb.
Faktla bağlı araşdırma aparılır.