İstanbulda törədilmiş terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

 

RePost.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır. Onların xəstəxanada müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən  600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

 

RePost.Az


Baxış sayı: 2269 | Tarix: 02.01.2017
Bizi Telegramda izləyin: @repostaz