Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, əldə olunan görüntülərdə Məmmədsəfa döşəyin üstündə uzanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğunu görünür.
 
İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:
 
Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! 
 
Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.
 
- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.
 
- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?
 
- Muğam.
 
Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.
 
Mətanət Əsədova görüntülərə aydınlıq gətirib: "O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm. Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"


Baxış sayı: 4131 | Tarix: 19.08.2019
Bizi Telegramda izləyin: @repostaz