Bakıda avtomobil ağır qəza törədərək otelin binasına çırpılıb. 
 
BAKU.WS xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
 
Neftçilər prospekti ilə hərəkət edən BMW markalı avtomobil idarəetməni itirib və “Park İNN” otelə çırpılıb. 
 
Hadisə nəticəsində sürücünün ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralı dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb. 
 
Qəzadan görüntüləri təqdim edirik: 

Baxış sayı: 2839 | Tarix: 02.12.2019
Bizi Telegramda izləyin: @repostaz