"France Football" ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top"un builki sahibinin adını açıqlayıb. 
 
RePost.Az xəbər verir ki, qalib Argentina millisi və "Barselona"nın üzvü Lionel Messi olub. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.
 
"Qızıl top"a namizədlərin ilk üçlüyü belədir:
 
1. Lionel Messi (Argentina, "Barselona")
 
2. Vircil van Diyk (Niderland, "Liverpul")
 
3. Kristiano Ronaldo (Portuqaliya, "Yuventus")

Baxış sayı: 5556 | Tarix: 03.12.2019
Bizi Telegramda izləyin: @repostaz