Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Bu barədə RePost.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
 
Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Bu gün 6 682 koronavirus testi aparılıb.

Baxış sayı: 2060 | Tarix: 01.07.2020
Bizi Telegramda izləyin: @repostaz