Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.
 
O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.
 
Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik əsasında həyata keçiriləcək.

Baxış sayı: 2383 | Tarix: 03.07.2020
Bizi Telegramda izləyin: @repostaz