İnstagramda 12.5 milyon izləyicisi olan Sommer Ray itkin düşüb.
 
RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə fitness modelin meneceri məlumat yayıb. 
 
Bildirilib ki, Ray köməkçisi ilə birgə yoxa çıxıb. Onun çəkiliş üçün şəhərdən getdiyi deyilir. Lakin, Sommer telefon zənglərinə cavab vermir, iki günə yaxındır ki, ailəsi ilə əlaqə saxlamır. 
 
Xatırladaq ki, model səhifəsi sayəsində aylıq 20 min dollar qazanır. 
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 30.01.2017
Bizi Telegramda izləyin: @repostaz