"Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu".
 
RePost.Az-ın məlumatına görə, bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. 
 
O qeyd edib ki, artıq Ermənistan tərəfindən inkar edilə bilməz: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında  olacaq".

Baxış sayı: 2554 | Tarix: 12.10.2020
Bizi Telegramda izləyin: @repostaz