Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub.
 
RePost.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
 
Erməni hərbçinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Hərbçinin şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizaya göndərilib.
 
Paralel olaraq axtarış işləri Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.
 
Hazırda bölgədə qar yağması səbəbindən axtarış işlərinin aparılması mümkün deyil. Bu səbəbdən axtarış işləri dayandırılıb.
 
Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.

Baxış sayı: 3143 | Tarix: 20.01.2021
Bizi Telegramda izləyin: @repostaz