Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.
 
Bu barədə RePost.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.
 
Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Baxış sayı: 3561 | Tarix: 22.02.2021
Bizi Telegramda izləyin: @repostaz