Fevralın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. 

Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz  3-5° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək 771  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 85-95 %, gündüz  60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

 

Yollar buz bağlayacaq.


Baxış sayı: 2554 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz